Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83
az

Hüquqşünas deputatı sərt şəkildə tənqid etdi - Süpürgəçi qadına görə

20:5829 Mart, 2018
6502
HÜQUQ
  • A

 

Dünən  sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. Həmin foto böyük etirazlara və müzakirələrə səbəb olub. Məsələ ilə bağlı mətbuata  açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, Azərbaycanda qeyri-ixtisas peşə sahələri ilə məşğul olan şəxslərə yaş məhdudiyyəti qoyulmur:


https://www.facebook.com/sozbazari/" target="_blank">BİZİ BURADAN İZLƏYİN



“Yaş məhdudiyyəti işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Fiziki əməklə məşğul olanlara belə bir məhdudiyyət qoyulmur. Məsələn, qeyri-ixtisaslı peşə sahibləri - fəhlələr, təmizləmə, yaşıllaşdırma işi ilə məşğul olanlar işləyirsə və onun fiziki gücü, sağlamlığı imkan verirsə, ona niyə qadağa qoyulsun ki?!

Onu da qeyd edim ki, məhdudiyyət məsələsi yalnız dövlət büdcəsindən maaliyyələşən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb, müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin.

Yol-nəqliyyat hadisəsinə qaldıqda isə maşın yaşlı adamı da, cavanı da, uşağı da, işləyəni, işləməyəni də vura bilər. Bu səbəbdən mənə elə gəlir ki, gedən bu müzakirələr, sadəcə olaraq, yersizdir. Bu cür yanaşmanı düzgün qəbul etmirəm.

Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır”.

Millət vəkilinin bu sözləri hüquqşünas Nicat Gözəlovu hiddətə gətirib. Milli Hüquq Evinin rəhbəri  fikirlərini bildirərək deputatı sərt şəkildə tənqid edib.

1. “Yaş məhdudiyyəti yalnız dövlət büdcəsindən maliyyələşən, işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin".
2. "Yolda öz istəyi ilə (qanuni əsaslarla) işləyən süpürgəçinin avtomobillə vurulması normal şeydir! Onu heç kim o işdə işləməyə məcbur etməyib".

Fikirləşirəm ki,
1. Yüksək sürət həddi olan yollarda müvafiq geyimlə təmin edilməyən işçinin işləməsi qanunsuzdur!
2. 50 belə işçinin 4 saata gördüyü işi 1 xüsusi təyinatlı təmizləyici avtomobil Almaniyada 30 dəqiqəyə görür.
Sual:
1. Dövlət qulluğunda olan 70-80 yaşlılar dövlət büdcəsindən maliyyələşirlərmi!
2. Hüquqdan xəbəri olmayan 70-80 yaşlı deputat yeniliklərlə dolu Qanun qəbul edərmi?
2. Fotodakı qadının (Allahın rəhmətinə qovuşsun) meyidi "Kamaz" markalı yük avtomobili ilə vurulana oxşayırmı?
3. Yolların təmizlənməsi üçün nəzərdə tutulmuş və yüksək qiymətə alınmış Xüsusi təyinatlı avtomobillər haradadır, yanacaqları varmı?
Hər bir halda cəmiyyətə açıq olduğu üçün Musa müəllimə "sağ olun" düşür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu